Türk detektivindən yeni icad-Video,Foto
Türkiyənin ilk müstəqil detektifi Bilal Kartal barmaq izini götürən cihaz icad edib
Yenicag.az saytı Türkiyə mediasına istinadən məlumat verir ki, Bilal Kartal 48 saatdan sonra itən barmaq izlərini müəyyən edən yeni cihaz ərsəyə gətirib.Həmçinin cəsəd üzərində də barmaq izləri müəyyən etmək imkanı var. Hətta 10 gün keçsə belə izi müəyyən etmək imkanı var.
Bilal bildirir ki, bu cihazı düzəltmək üçün o 15 il vaxt sərf edib və qiymətini də 50 min türk lirəsində dəyərləndirib. Onu da bildirib ki, cihaza ABŞ, İsrail və Yaponiyada tələbat var.
Bilal Kartal məhz Türkiyədə bu cihazı istehsal etmək istədiyini bildirib.