!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türk dövlətləri nəqliyyat nazirlərinin videogörüşü keçirildi – MÜHÜM QƏRARLAR

!Reklam – Yazi

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin Nəqliyyat nazirləri arasında videokonfrans formatında görüş baş tutub.

Yenicag.az xəbər verir ki, videotoplantıya Türk Şurasının Baş katibi Bağdad Əmrəyev, Türkiyənin Nəqliyyat və infrastruktur naziri Adil Qaraismayıloğlu, Azərbaycanın Nəqliyyat və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Qırğızıstanın Nəqliyyat və yol naziri Canat Beyşenov, Özbəkistanın Nəqliyyat naziri Elyar Qəniyev, Qazaxıstan Sənaye və İnfrastruktur İnkişafı üzrə nazir müavini Berik Kamaliyev və Macarıstanın İnnovasiya və Texnologiya Nazirliyi üzrə Dövlət katibi Laszla Mosoczini qatılıb.

Toplantıda aprelin 10-da keçirilmiş Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşündə qəbul edilən qərarların icrası ilə bağlı məsələlər müzakirə edilib.

Nazirlər arasında yeni növ koronavirusun ölkələrin iqtisadiyyatına mənfi təsirini minimuma endirmək məqsədilə Transxəzər Beynəlxalq Şərq-Qərb Ticarət və Nəqliyyat dəhlizində nəqliyyatın asanlaşdırılması və sürətləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Müzakirələrin gedişində Xəzər dənizində Ro-Ro tipli gəmilərin keçid rüsumlarında endirimlər edilməsi məsələsinə də baxılıb. Nazirlər həmçinin pandemiya dövründə nəqliyyat və logistika işinin əlaqələndirilməsinə, humanitar yardımların, zəruri istehlak mallarının, dərman vasitələrinin və tibbi avadanlıqların çatdırılması üçün yük daşıyan nəqliyyat vasitələrinin sərhədlərdən və ya nəzarət məntəqələrindən keçməsinin asanlaşdırılmasına, bu sahədə yarana biləcək problemlərin sürətli həlli məqsədilə İşçi Qrupunun yaradılmasına qərar veriblər.

Bundan başqa, toplantıda Şuraya üzv ölkələr arasında yükdaşımanın sürətinin artırılması üçün “Yaşıl koridor” yaradılması haqqında qərar qəbul edilib.

Aqil Bəkir

www.yenicag.az

1078
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv