Türk Hava Yolları Əfqanıstana uçuşları ləğv etdi

Türkiyə Hava Yolları (THY) Əfqanıstana planlaşdırılan bütün reysləri ləğv edib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, Əfqanıstandakı Türkiyə vətəndaşlarının təxliyəsi üçün bu ölkəyə təyyarə göndərilib.

Ümumilikdə, 324 Türkiyə vətəndaşının evakuasiya ediləcəyi qeyd olunub.