!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türk kəşfiyyatından Suriyada müdhiş əməliyyat - VİDEO

!Reklam – Yazi

Reyhanlı terror aktının təşkilatçısı Yusuf Nazik saxlanılıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın Lazkiyə şəhərində apardığı əməliyyat nəticəsində Hatay vilayətinin Reyhanlı rayonunda 53 nəfərin ölümünə səbəb olan terrorçunu tutaraq, Türkiyəyə gətirib.

Axtarılan terrorçular siyahısında “mavi” kateqoriyada yer alan Reyhanlı terrorunun təşkilatçısı Nazik, etibarlı yollardan Türkiyəyə gətirilərək istintaqa təhvil verilib. O, ilk ifadəsində Reyhanlı terrorunu planlaşdırdığını etiraf edib.

Xatırladaq ki, 2013-cü il mayın 11-də Reyhanlıda törədilən iki güclü partlayışda 53 nəfər ölmüş, 146 nəfər yaralanmışdı. Hücumlar zamanı partlayıcı maddələrlə doldurulmuş maşınlardan istifadə edilmişdi.

Reyhanlı terroru Türkiyə tarixində 2015-ci ildə meydana gələn Ankara terrorundan sonra ən böyük terror hesab edilir.

 

 

www.yenicag.az

3960
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv