Türk tarixini dəyişdirən tapıntı-Foto

media-hightechnic-468x90

2-bin-600-rakimli-yaylada-turk-tarihini-7380862_6838_oTürkiyənin Artvin vilayətinin 2min 600 metr yüksəklikdə yerləşən Dəmirkapı yaylasında araşdırma aparan arxeoloq Oktay Hacıoğlunun tapdığı simvollar türk tarixi haqqında yeni faktlar ortaya çıxarır.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki,  arxeloq geniş sahədən 100-ə yaxın petroqlif aşkar edib. Qəribəsi isə şaman inanclı ən qədim türklərə aid simvolların tapılmasıdır.

Arxeoloq Oqtay Hacıoğlu bildirir ki, qaya üzərində həkk olunan rəsmlərin tarixi 15 min əvvələ aiddir. Digər qayaüstü rəsmlərin yaşının isə 5 min ili ötmədiyi ehtimal edilir.

“Belə petroqliflər Ural-Altay bölgəsi üçün səciyyəvidir. Anadoluda üçün belə bir tapıntı həqiqətən qeyri-adidir. Üstəlik bütpərəst fiquru-9 qollu günəş və dini ayınları icra edən şamanın qayaya həkk olunması olduqca təəccüblüdür. Görünür ki, burada lap qədimlərdə dini rituallar həyata keçirilmiş”-deyə arxeoloq sözlərin əlavə edib.

O,  həmçinin, burada geniş arxeoloji-tədqiqat işləri aparılmasının vacibliyini vurğulayıb.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600