Türkiyə Azərbaycana viza tətbiq etməyəcək – Səfirlik

media-hightechnic-468x90

40c76bde5e13f5f6601fc207f4b6a708Türkiyənin Azərbaycandakı səfirliyi Türkiyənin Azərbaycan vətəndaşlarına viza rejimi tətbiq edəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.

Səfriliyin mətbuat xidməti tərəfindən yayılan bəyanatda deyilir ki, Türkiyənin Azərbaycan vətəndaşlarına viza rejimi tətbiq edəcəyi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir.

Belə ki, iki ölkə arasında hazırda mövcud olan gediş-gəliş rejiminə hər hansı dəyişiklik edilməsi nəzərdə tutulmur. 2007-ci ildən bəri Azərbaycan vətəndaşları ölkəmizə turizm məqsədli səfərləri zamanı 30 gün müddətində Türkiyədə vizasız qalmaq hüququna malikdir.

Xatırladaq ki, ötən gün Türkiyə KİV-i 89 ölkəyə, o cümlədən Azərbaycana 2016-сi ilin iyunundan viza tətbiq ediləcəyi haqda xəbər yayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600