!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Türkiyə boğazları Rusiyanın üzünə bağlaya bilər” – Naim Dəmirəl

!Reklam – Yazi

 

32015-05-22-10-13-32amRusiyanın Qars müqaviləsini yenidən gündəmə gətirməsi ilə həmin dövrdə imzalanan digər müqavilələr də gündəmə gəldi. Artıq neçə gündür ki, Montrö Boğazlar müqaviləsi də müzakirə edilməkdədir.

Yenicag.az xəbər verir ki, mövzu ilə bağlı “Milliyyət”ə açıqlama verən Fateh Sultan Mehmet Vəqf Universitetinin Hüquq Fakültəsinin Beynəlxalq Hüquq üzrə mütəxəssisi, doç.dr. Naim Dəmirəl artıq bu müqavilənin nəzərdən keçirilməsinin vacibliyini vurğuayıb.

“1938-ci ildə imzalanan Montrö Boğazlar Müqaviləsini təkrar nəzərdən keçirmək lazımdır. Razılaşmanın tərəflərindən olan SSRİ və Yuqoslaviya dövləti artıq yoxdur. Bu nəzarət sisteminin Birləşmiş Millətlər (BMT) tərəfindən icrası isə mümkün deyil. Çünki iki təşkilat arasında bir anlaşmanın olduğu müəyyən edilməyib. Bunları nəzərə alaraq, Türkiyə müqavilənin tərəfləriylə bir konfransda mövzuya yenidən baxış keçirərək konvensiyanın dəyişdirilməsi müddətini başlada bilər” deyə, tanınmış hüquq alimi açıqlama verib.

Qeyd edək ki, Suriya ilə bağlı gərginləşən Türk-Rus münasibətləri Boğazlar müqaviləsini yenidən gündəmə gətirib.

COP29

www.yenicag.az

596
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv