!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə “Dəclə qalxanı” əməliyyatına hazırdır: hədəfdə Sincar bölgəsidir

!Reklam – Yazi

Türkiyə ordusunun İraqın Mosul şəhərinin qərbində yerləşən və PKK-nın “İkinci Qəndil”ə çevirmək istədiyi Sincar bölgəsinin azad edilməsinə yönələn “Dəclə qalxanı” əməliyyatı üçün hazırlıqlar tamamlanıb.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ-ın Suriyanın şimalı üçün nəzərdə tutduğu “terror dəhlizi” layihəsinə “Fərat qalxanı” əməliyyatı ilə böyük zərbə vuran Türk əsgəri həmin “dəhliz”in şərqdəki əsas ərazisini terrorçulardan təmizləməyə hazırdır.

Bu yaxınlarda başlayacağı bildirilən “Dəclə qalxanı” əməliyyatına Mosul yaxınlığındakı Başika bazasında təlim keçilən hərbi birliklərin cəlb edilməsi də nəzərdə tutulur. Əməliyyatı şərtləndirən əsas amil isə 2014-cü ildə “İŞİD işğalı”nı bəhanə edən terrorçu PKK-nın yezidilərin məskunlaşdığı Sincarda yerləşərək, oranı tərk etməmələridir. Türkiyə hökuməti həmin bölgənin terrorçulardan təmizlənməsi üçün İraq hakimiyyətinə və kürd muxtariyyatı rəhbərliyinə dəfələrlə çağırış etsə də, nəticəsi olmadı. Muxtariyyatın lideri Məsud Bərzani də PKK-ya sözdə “Sincarı tərk et” ultimatumu versə də, terrorçulara qarşı heç bir praktik addım atılmadı.

Məlumata görə, “terror dəhlizi”nə ikinci böyük zərbə vurulacaq “Dəclə qalxanı” əməliyyatının 16 aprel Konstitusiya referendumundan az sonra başlayacağı bildirilir. Əməliyyatın ilkin mərhələsində Türkiyə ordusunun hədəfində Zaho, Duhok və ətrafdakı PKK düşərgələri olacaq. Bölgədə PKK-nın ümumilikdə 9 düşərgəsinin olduğu vurğulanır. Əməliyyat ərazidə qurulacaq 3 operativ mərkəzdən idarə olunacaq.

Sincarın terrorçulardan təmizlənməsi sayəsində Qəndilin Suriya ilə əlaqəsi kəsiləcək. Suriyaya keçid bölgələrinə Türkiyə ordusunun nəzarət etməsi İranın dəstəklədiyi məzhəbçi qruplaşmaların qərb istiqamətindəki hərəkətini əngəlləyəcək.

Yeniçağ.Az

www.yenicag.az

601
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv