!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə supergüclərlə kəllə-kəlləyə – Ərdoğan Fransaya meydan oxudu

!Reklam – Yazi

Rəsmi Ankaranın Vaşinqton, daha sonra NATO ilə yaranan gərginlikdən sonra bu dəfə Parislə münasibətlərində gərginlik yaranıb.

Yenicag.az xəbər verir ki, Fransa prezidentinin Türkiyənin “Barış Pınarı” hərəkatını tənqid etməsi və “NATO-nun beynin ölümü” keçirdiyini deməsi Ankaradan sərt reaksiya ilə qarşılanıb.

Fransa XİN açıqlama yayaraq Türkiyənin Parisdəki səfiri İsmail Hakkı Musanın nazirliyə dəvət ediləcəyini bildirib. Səfirin prezident Ərdoğanın açıqlamalarına izahat verməsi tələb olunacaq.

həftələrdə baş verənlər ciddi bir gərginlik atmosferinin olduğunu göstərsə də, digər tərəfdən Türkiyənin 20 il əvvəlki “üzüyola” NATO üzvü olmadığını, artıq Vaşinqtonun təzyiqləri qarşısında çəkilməyən, əksinə “Barış Pınarı” hərəkatında olduğu kimi öz planlarını ABŞ prezidentinə qəbul etdirən, NATO-nin əməliyyat planına veto qoyub, dövlət maraqlarının təmin olunmasını şərt qoyan iddialı ölkəyə çevrilir. Böyük siyasətdə böyük rəqiblərlə oynamaq dövlətin həm də gücünü göstərir.

Türkiyə artıq ABŞ-ın, Avropanın hesablaşdığı, Rusiyanın müttəfiq kimi qəbul etdiyi ciddi regional oyunçuya çevrilir.

www.yenicag.az

1892
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv