!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə Ermənistana məxsus aviaşirkətin Avropaya uçuşları üçün hava məkanını bağladı

!Reklam – Yazi

Türkiyə “Flyone Armenia”nın Avropaya uçuşları üçün hava məkanını bağlayıb. Beləliklə, Ermənistana məxsus aviaşirkətin daha bir reysində problemlər yaranıb.

Yenicag.az xəbər verir ki, bu barədə aviadaşıyıcının direktorlar şurasının rəhbəri Aram Ananyan yerli mediaya məlumat verib.

Onun sözlərinə görə, 80-ə yaxın sərnişin Paris aeroportunda qalıb.
“Bütün sərnişinlər şirkətin Parisdəki xidməti və nümayəndəliyi ilə əlaqə saxlaya bilərlər ki, biz onların geri qaytarılmasını təşkil edək, yaxud təzminat ödəyək”, – deyə Ananyan bildirib.

Qeyd edək ki, bu, aviaşirkətin uçuşu ilə bağlı ikinci insidentdir. Bundan əvvəl də Ankara “Flyone Armenia” üçün hava məkanını bağlamışdı. Həmin vaxt Paris-İrəvan reysini yerinə yetirən təyyarə Kişineuda (Moldova) məcburi eniş etmişdi.

www.yenicag.az

228
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv