Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Türkiyə həm iqtidarı, həm müxalifəti, həm də xalqı ilə Azərbaycanın yanındadır” – Hüseyin Büyükfırat

Reklam: High Technic

“Hər kəs bildi ki, Türkiyə Azərbaycana nəinki siyasi, eyni zamanda, hərbi dəstək də verə biləcək”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi təxribatdan sonra Türkiyənin və qardaş ölkə vətəndaşlarının bu olaya münasibətini açıqlayan “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər” İctimai Birliyi (TÜİB) sədri Hüseyin Büyükfırat deyib.

Hüseyin Büyükfırat bildirib ki, Türkiyədə Anadolu və Azərbaycan türkləri arasında heç bir fərq qoyulmur:

“Hazırda Türkiyədəyəm. Burada insanlar Azərbaycanın yanında olduqlarını bildirirlər. Həqiqətən də, bir millət iki dövlət olduğumuzu növbəti dəfə əməldə təsdiqləyən vəziyyət oldu.

Ən əsası, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş verənlərə münasibəti çox əhəmiyyətli idi. Bundan əlavə, bütün nazirlər, millət vəkilləri Azərbaycana yönəlik eyni münasibəti sərgilədilər.

Əlbəttə ki, xalqın mövqeyi çox əsasdır. Azərbaycanda xalq necə ayaqdadırsa, Türkiyədə də xalq eynilə ayaqdadır və qərarlıdır. Türk xalqı Ermənistanın məlum təxribatının sadəcə, Azərbaycana deyil, həm də Türkiyəyə qarşı yönəldiyini düşünür.

Ermənistanın Azərbaycana təcavüzü 30 ilə yaxındır, davam edir. Bəziləri bu problemi unutmuşdu. Bizdə belə bir söz var, “şərdən xeyir doğar”, indi də elə oldu, gənc nəsil də ayağa qalxdı. Türkiyə hər formada Azərbaycana dəstək verdi. Türkiyənin bu mövqeyi dostlara da, düşmənlərə də ciddi mesaj oldu.

Hər kəs bildi ki, Türkiyə Azərbaycana nəinki siyasi, eyni zamanda, hərbi dəstək də verə biləcək. Türkiyə prezidenti təkcə Ermənistana yox, oranı qarışdırmaq istəyənlərə də bildirdi ki, siz varsınızsa, biz də varıq, Azərbaycan xalqının yanındayıq. Təkcə Türkiyə iqtidarı yox, parlamentdə təmsil olunan dörd partiya da birgə bəyanat yayaraq, baş verənləri qınadı. Bu da onu göstərir ki, Türkiyə həm iqtidarı, həm müxalifəti, həm də xalqı ilə Azərbaycanın yanındadır”.

Loading...

www.yenicag.az

1399
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100