!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə ilə Rusiya arasındakı yeni iqtisadi razılaşmaya ABŞ-dən REAKSİYA

!Reklam – Yazi

“Türkiyə Rusiyanın təcavüzü qarşısında Ukraynanın suverenliyi və ərazi bütövlüyünə güclü dəstəyini ifadə edib”.

Yenicag.az “Bloomberg”ə istinadən bildirir ki, bu barədə avqustun 5-də Türkiyə lideri Rəcəb Tayyip Ərdoğanla Rusiya Prezidenti Vladimir Putinin Soçi görüşü çərçivəsində yeni iqtisadi anlaşmasını dəyərləndirən ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda qeyd edilib.

Bəyanatda ABŞ tərəfindən hadisələrin yaxından izlənildiyi vurğulanıb:

“Xatırlatmaq istərdik ki, Türkiyə Rusiyanın təcavüzü qarşısında Ukraynanın suverenliyi və ərazi bütövlüyünə güclü dəstəyini ifadə edib və prezident Ərdoğan Rusiyanın hərəkətini “qəbuledilməz” adlandırıb”.

Bununla yanaşı, ABŞ Dövlət Departamenti uzunmüddətli perspektivdə enerji təhlükəsizliyinin artırılması səylərinə kömək etmək üçün Türkiyə ilə birlikdə çalışdıqlarını qeyd edib.

Gülşən

www.yenicag.az

386
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv