Türkiyə ilk dəfə yüksək gəlirli ölkələr sırasına daxil olacaq

media-hightechnic-468x90

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz II Azərbaycan–Türkiyə İnvestisiya Forumunda çıxışı zamanı Türkiyə iqtisadiyyatının son illərdə davamlı və sürətli artım nümayiş etdirdiyini bildirib.

Yenicag.az xəbər verir ki, vitse-prezidentin sözlərinə görə, Türkiyə iqtisadiyyatı hər il orta dünya göstəricisindən 1,9 faiz bəndi daha yüksək templə böyüyüb və bu artım ölkəni fərqli iqtisadi miqyasa çatdırıb.

O qeyd edib ki, Türkiyə iqtisadiyyatı artıq 21 rübdür ardıcıl şəkildə fasiləsiz böyümə göstərir və bu tendensiya bu ilin üçüncü rübünün göstəricilərində də öz təsdiqini tapır.

Cevdet Yılmaz bildirib ki, 2025-ci ilin ilk doqquz ayında Türkiyə iqtisadiyyatı 3,7 faiz artım qeydə alıb. Aqrar sektorda şaxta və quraqlıq səbəbindən çətinliklər yaşansa da, kənd təsərrüfatında təxminən 6 faiz daralma gözlənilsə də, ümumi iqtisadi artım davam edib.

Onun sözlərinə görə, 2002-ci ildə AK Partiya hökumətinin hakimiyyətə gəldiyi dövrdə 238 milyard ABŞ dolları olan Türkiyənin milli gəliri bu il 1,5 trilyon ABŞ dollarını keçəcək. Beynəlxalq qiymətləndirmələr də bu proqnozları təsdiqləyir.

Vitse-prezident əlavə edib ki, adambaşına düşən milli gəlirin 17 min ABŞ dollarını ötərək 18 min dollara yaxınlaşması gözlənilir. Dünya Bankının təsnifatına əsasən, Türkiyə bu il ilk dəfə olaraq yüksək gəlirli ölkələr kateqoriyasına daxil olacaq.

 Məsimə Məmmədova

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa