!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə İstanbul Konvensiyasından ayrıldı

!Reklam – Yazi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin İstanbul Konvensiyasından ayrılması haqqında sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, sərəncam “Rəsmi qəzet”də yayımlanıb.

Sərəncamla Türkiyə “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında” adlı konvensiyadan ayrılıb.

Avropa Şurasının 11 may 2011-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilmiş toplantısında qəbul edilən konvensiya 1 avqust 2014-cü ildə qüvvəyə minmişdi.

Avropa Şurasına üzv olan 47 ölkədən 34-nün ratifikasiya etdiyi konvensiya çoxlu müzakirələrə səbəb olmuş, ailə dəyərlərinə zərbə vurduğu, homoseksuallığı təbliğ etdiyi haqqında fikirlər səsləndirilmişdi.

Bu ölkələrdən 11-də konvensiya parlament tərəfindən qəbul edilməyib.

www.yenicag.az

523
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv