!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Türkiyə İtaliyaya uduzdu - YENİLƏNDİ 4

!Reklam – Yazi

Futbol üzrə Avropa çempionatına start verilib.

Yenicag.az xəbər verir ki, açılış oyununda İtaliya və Türkiyə milli komandaları üz-üzə gəlib. Romadakı “Olimpiko” stadionunda keçirilmiş görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 3:0.

Niderlandlı referi Denni Makkelinin idarə etdiyi qarşılaşmanın ilk yarısında hesab açılmayıb. Bununla belə, aşkar üstünlüyə malik İtaliya millisi 53-cü dəqiqədə fərqlənməyə müvəffəq olub. Növbəti hücumdan sonra Türkiyə yığmasının futbolçusu Merih Demiral topu öz qapsına göndərib.

66-cı dəqiqədə Çiro İmmobile, 79-cu dəqiqədə isə Lorentso İnsinye fərqlənərək, yekun nəticəni müəyyənləşdirib.

Qeyd edək ki, A qrupunda ilk turun digər oyunu iyunun 12-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə milliləri arasında olacaq. Görüş saat 17:00-da başlanacaq.

*00:38

Türkiyə və İtaliya yığmaları arasındakı futbol üzrə Avropa çempionatının açılış matçında daha bir qol vurulub.

Yenicag.az xəbər verir ki, görüşün 79-cu dəqiqəsində meydan sahiblərinin hücumçusu Lorentso İnsinye fərqi böyük hesaba çatdırıb – 3:0.

*

Türkiyə və İtaliya yığmaları arasındakı futbol üzrə Avropa çempionatının açılış matçında növbəti qol vurulub.

Yenicag.az xəbər verir ki, Romadakı “Olimpiko” stadionunda keçirilən görüşün 66-cı dəqiqəsində meydan sahiblərinin hücumçusu Çiro İmmobile fərqi artırıb – 2:0.

*00:13

Türkiyə və İtaliya yığmaları arasındakı futbol üzrə Avropa çempionatının ikinci hissəsində hesab açılıb.

Yenicag.az xəbər verir ki, Melih Demiral avtoqol müəllifi olub.

Türkiyə-İtaliya – 0:1

*23:58

Türkiyə və İtaliya yığmaları arasındakı futbol üzrə Avropa çempionatının açılış matçında ilk hissə yekunlaşıb.

Yenicag.az xəbər verir ki, Romadakı “Olimpiko” stadionunda keçirilən görüşdə komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar – 0:0.

*23:07

Türkiyə və İtaliya yığmaları arasında futbol üzrə Avropa çempionatının açılış matçı start götürüb.

Yenicag.az xəbər verir ki, Romadakı “Olimpiko” stadionunda keçirilən görüşü Niderland Futbol İttifaqından Denni Makkeli idarə edir.

Qeyd edək ki, “ay-ulduzlular” A qrupundakı son iki matçını Bakıda keçirəcək. Bakı Olimpiya Stadionu İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

www.yenicag.az

787
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv