Türkiyə Mərkəzi Bankının rəhbəri istefa verdi

media-hightechnic-468x90

Türkiyə Mərkəzi Bankının rəhbəri Hafizə Qayə Ərkan istefa verib.

Bu barədə Yenicag.az yerli mətbuata istinadən xəbər verir.

“Hazırda iqtisadi proqramımız öz bəhrəsini verməyə başlayıb. Ehtiyatların artması, iqtisadi göstəricilər, inflyasiya tendensiyası bu uğurun sübutudur. Müsbət irəliləyişlərə baxmayaraq, ictimaiyyətə məlum olduğu kimi, son vaxtlar nüfuzuma qarşı böyük kampaniya keçirilib. Bunun ailəmə və yaş yarımlıq övladıma təsir etməməsi üçün Prezidentdən vəzifəyə təyin olunduğum ilk gündən şərəflə yerinə yetirdiyim vəzifələrimdən azad etməyi xahiş etdim”, – Ərkan TRT telekanalında yayımlanan müraciətində bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600