Türkiyə mətbuatı Avropa Oyunlarından yazır

media-hightechnic-468x90

1424440788_baku2015Türkiyənin “Yeni Çağ” qəzeti Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı məqalə dərc edib.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, məqalədə Azərbaycanın oyunlara tam hazır olduğu bildirilir: “Bakıda 12-28 iyun tarixləri arasında keçiriləcək oyunlara hazırlıqları Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva şəxsən nəzarətdə saxlayır. Artıq müasir idman obyektləri qonaqlarını gözləyir. Mədəni zənginliyin sərgilənməsinin qarşıya məqsəd qoyulduğu oyunların ölkənin tanıdılmasına böyük töhfə verəcəyi gözlənilir”.

Məqalə müəllifi bildirir ki, Azərbaycanın 2012-ci ildə Avropa Oyunlarını təşkil etmək hüququ qazanmasıyla paytaxt Bakı yeni görkəm qazanıb: “Oyunların açılış və bağlanış mərasimlərinin baş tutacağı Olimpiya Stadionu memarlıq üslubu ilə göz qamaşdırır. Bakı – 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq Avropa Oyunlarının yalnız Azərbaycan üçün deyil, Avropa üçün də çox böyük hadisə olacağını deyib”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600