“Qarabağ Azərbaycandır, başqa hansısa status qəbuledilməzdir”.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada qeyd olunub.
Bildirilib ki, sentyabrın 19-da Azərbaycan tərəfindən öz suveren ərazisində lazımi tədbirlərin görülməsi, qeyri-qanuni erməni silahlı ünsürlərinin uzun müddətdir davam edən hücum və təxribatlarının qarşısının alınması məqsədilə Qarabağda başlanmış antiterror tədbirləri və regionda baş verən son hadisələr diqqətlə izlənilir.
“Can Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün atdığı addımları, Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olunması istiqamətində göstərdiyi səmimi səyləri dəstəkləyirik və bundan sonra da “iki dövlət, bir millət” anlayışı ilə kədərdə və sevincdə birləşdiyimiz azərbaycanlı qardaşlarımızın haqlı işlərində yanında olacağımızı bir daha vurğulayırıq”.
O da qeyd olunub ki, Azərbaycan antiterror tədbirlərini özü keçirib, Türkiyə Silahlı Qüvvələri Azərbaycanın keçirdiyi antiterror tədbirlərində heç bir şəkildə iştirak etməyib.
www.yenicag.az