Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türkiyə Milli Suverenlik və Uşaq Bayramını qeyd edir

Bu gün Türkiyədə Milli Suverenlik və Uşaq Bayramıdır.

Yenicag.az xəbər verir ki, 1920-ci ilin aprelin 23-də Ankarada Türkiyə Böyük Millət Məclisi (TBMM) fəaliyyətə başlayıb.

Məclis 1920-ci ilin 23 aprel tarixində yerli vaxtla saat 13:45-də 115 millət vəkilinin iştirakı ilə açılıb. Həmin ilin aprelin 24-də Mustafa Kamal (1934-cü ildən Atatürk) yekdilliklə TBMM-nin sədri seçilib.

Artıq 101 ildir 23 aprel ölkədə Milli Suverenlik və Uşaq Bayramı kimi qeyd edilir. Bu gün ölkədə qeyri-iş günüdür.

Bu münasibətlə Türkiyə parlamentinin sədri Mustafa Şəntop, vitse-prezident Fuad Oqtay, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu, milli müdafiə naziri Hulusi Akar, milli təhsil naziri Ziya Səlcuk və digər nazirlər Anıtqəbirdə Qazi Mustafa Kamal Atatürkün məzarını ziyarət ediblər, məzarı üstünə əklil qoyublar. M.Şəntop xatirə dəftərinə ürək sözlərini yazıb.

Bundan başqa, milli təhsil naziri Ziya Səlcuk nazirliyin əməkdaşları, müəllimlər və məktəblilərlə birlikdə Atatürkün məzarını ziyarət edib, Atatürkün qəbiri üstünə əklil qoyublar.

Koronavirus pandemiyasına görə bu il bayram tədbirləri məhdudlaşdırılıb.

Qeyd edək ki, Milli Suverenlik və Uşaq Bayramı Türkiyədən başqa Şimali Kipr Türk Respublikasında da rəsmi bayramdır.

Loading...

www.yenicag.az

125
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100