!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Türkiyə millisində ən çətin anlarda üzə çıxan ƏZMKARLIQ: “Komanda sensasiyaya imza ata bilər”

!Reklam – Yazi

“Bu cütün favoriti Avstriya sayılırdı. Çünki Avstriya yığması Albaniya, Rumıniya ilə birgə AVRO-2024-ün sürpriz komandalarından biri olmuşdu. Qrup mərhələsində avstriyalılar Niderland yığmasına 3-2, Polşaya 3-1 hesabı ilə qalib gəlmiş, çempionatın favoritlərindən biri sayılan güclü Fransa yığmasına 0-1 hesabı ilə uduzmuşdular.

Bu sözləri Yenicag.az-a açıqlamasında jurnalist Elman Cəfərli deyib.

O, ötən gün AVRO-2024-ün 1/8 finalı çərçivəsində baş tutan Avstriya-Türkiyə matçından söz açıb.

E.Cəfərli diqqətə çatdırıb ki, əksər futbol mütəxəssisləri bu qarşılaşmada Avstriyanın qalib gələcəyini proqnozlaşdırırdılar:

“Çünki Türkiyə yığması qrup mərhələsində 6 xal toplasa da, sistemsiz oyunu ilə yadda qalmışdı, baş məşqçi Vinçenzo Montella isə sərt tənqidlərə məruz qalırdı. Lakin erkən qol hər şeyi dəyişdi. Avstriyalıların arxayınlığı və erkən qol bütün oyunun taleyini dəyişdi. Bir də ki, Türkiyə millisində ən çətin anlarda üzə çıxan entuziazm və əzmkarlıq öz sözünü dedi. Ayrı-ayrı oyunçuların, xüsusən Merih Demiral, Ferdi Kadıoğlu, Barış Alper, Arda Gülerin fərdi ustalığını da qeyd etmək lazımdır. Özəlliklə, qapıçı Mert Günok dünən möhtəşəm “seyv”ləri ilə yadda qaldı. Dünən meydanda sanki 2008-ci il Avropa çempionatında möhtəşəm geridönüşlərlə qalib gələn Nihatlı, Ardalı, Altıntoplu, Tuncaylı Türkiyə yığmasını gördük”.

“AVRO-2008-də də Türkiyə Portuqaliyaya uduzmuş, möhtəşəm geri dönüşlə İsveçrəyə, Çexiyaya qalib gəlib ¼-ə çıxmışdı. Həmin mərhələdə Xorvatiyanı udub, yarımfinalda güclü Almaniyaya uduzmuşdu. AVRO-2024-də hələ ürəyimiz istəyən gücdə olmayan, sistemli oyun nümayiş etdirməyən Türkiyə yığması sırf əzmkarlıq və xarakter hesabına qalıb gəldi. Növbəti mərhələdə rəqib Niderland yığmasıdır. Proqnoz vermək çətindir, amma bir şey məlumdur ki, Niderland Avstriyanın buraxdığı səhvi təkrarlamayacaq. Lakin meydan hamar, top yumrudur. Türkiyə yığması yenə sensasiyaya imza ata bilər. Bir nüansı da qeyd edim ki, gənc türk oyunçuların fiziki hazırlığı qənaətbəxş deyil. 40 yaşlı Ronaldo, Pepe 90 dəqiqə oynayır, amma 19 yaşlı Arda Güler, Kenan Yıldız tez yorulur”, – deyə E. Cəfərli fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

www.yenicag.az

158
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv