Türkiyə Silahlı Qüvvələri İŞİD terrorçularının məskunlaşdığı ən hündür zirvəni fəth edib.
Yenicag.az “Ölkə.Az”-a istinadən xəbər verir ki, bu barəd Türkiyə müdafiə naziri Fikri İşık bildirib. Onun sözlərinə görə, “Fərat Qalxanı” əməliyyatı adı altında həyata keçirilən hava əməliyyatı zamanı Suriyanın Əl- Bab bölgəsində “Xəstəxana təpəsi” adı ilə tanınan zirvə terrorçulardan təmizlənib.
“Bu mübarizə Türkiyənin şərəf işidir. Hazırda terrorçulara daha bir ağır zərbə vurmuşuq. İndi onların gizlənəcək yerləri qalmayıb. Biz bu əraziləri heç bir itki vermədən ala bilmişik”, – deyə nazir bildirib.
Qeyd edək ki, bu gün keçirilən əməliyyat zamanı İŞİD terrorçularının məskunlaşdığı bir neçə məntəqə məhv edilmişdi. Bu zaman Türkiyə ordusunun 3 əsgəri terrorçulara əsir düşüb. Fikri İşık həmin əsirlərin də azad ediləcəyi barədə açıqlama vermişdi.
Yenicag.az
www.yenicag.az