Türkiyə ordusu Suriyada İŞİD-in 18 terrorçusunu məhv edib

media-hightechnic-468x90

ferat“Fərat Qalxanı” əməliyyatı çərçivəsində həyata keçirilən hava əməliyyatı zamanı Suriyanın Əl- Bab bölgəsində İŞİD terror qruplaşmasının qərargahı məhv edilib.

Yeniçağ.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Komandanlığının məlumatında bildirilir.

Məlumata görə, hava zərbəsi nəticəsində 18 terrorçu məhv edilib.

Qeyd edilən hava əməliyyatından sonra İŞİD üzvlərinin böyük itki verməsi, çox sayda ölü və yaralının olması terrorçuların özləri tərəfindən də aralarındakı rabitə bağlantısı zamanı etiraf edilib.

Yeniçağ.Az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600