Türkiyə ordusu Suriyada İŞİD-in 44 terrorçusunu məhv edib

media-hightechnic-468x90

tskTürkiyə Silahlı Qüvvələrinin Suriyanın Əl-Bab bölgəsində keçirdiyi “Fırat kalkanı” (“Fərat qalxanı”) anti-terror əməliyyatı nəticəsində ötən gün terrorçu İŞİD qruplaşmasının 44 silahlısı məhv edilib.

Yeniçağ.Az “Report”-a istinadən xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

İnformasiyaya görə, İŞİD-ə məxsus bomba yüklu avtomobilin məhv edilməsi nəticəsində isə 117 terrorçu yaralanıb.
Qeyd edək ki, “Fırat kalkanı” əməliyyatı bu il avqustun 24–də başlayıb. Ötən müddət ərzində Suriyada keçirilən anti-terror əməliyyat nəticəsində Türkiyənin 40 hərbçisi şəhid olub.

Yeniçağ.Az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05