Türkiyə prezidenti Kabilə gedib

media-hightechnic-468x90

76996Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Əfqanıstanla strateji əməkdaşlıq haqda razılaşma imzalamaq üçün Kabilə gedib.

Onun Əfqanıstan prezidenti Əşrəf Qəni Əmədzai və digər yüksək səviyyəli rəsmilərlə görüşü gözlənilir. Bu, son 60 ildə Türkiyə prezidentinin Əfqanıstana ilk səfəri hesab olunur.

Ərdoğan Türkiyə vəsaiti ilə paytaxt Kabilin qərbində inşa olunan yolun açılışına da qatılacaq.

Ərdoğan Kabilə 2005-ci ildə baş nazir olarkən səfər etmişdi. Türkiyə hökuməti 2001-ci ildən Əfqanıstanın hərbi, iqtisadi və tikinti sahəsində mühüm rol oynayır.

400-dək türk əsgəri beynəlxalq koalisiya tərkibində Kabil ətrafında xidmət edir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600