Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türkiyə Prezidenti: "Xarıbülbül artıq azaddır və daha parlaq açacaq"

“Şəhidlərimizin fədakarlığı nəticəsində Azərbaycan ərazi bütövlüyünü yenidən təmin edə bilmişdir. Artıq Azərbaycan torpaqları illərdir həsrət qaldığı Tərtər çayının sularına qovuşub. Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Əsir Xarıbülbül artıq azaddır və daha parlaq açacaq”.

Yenicag.az-ın məlumatına görə, bunu bu gün Bakının Azadlıq Meydanında  keçirilən “Zəfər paradı”nda çıxışında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə Prezidenti bildirib ki, Köndələn çay artıq daha gur axacaq, Qarabağ şikəstəsini oxuyan nəfəslər artıq daha güclü çıxacaq: “Bu gün Azərbaycanın böyük şairi Əhməd Cavadın, Nuru Paşanın, Ənvər Paşanın, Qafqaz İslam Ordusunun igid ərlərinin ruhunun şad olduğu gündür. Bu gün Azərbaycan şəhidlərinin sərdarı Mübariz İbrahimovun ruhunun şad olduğu gündür. Bu gün bütün türk dünyası üçün zəfər və qürur günüdür. Qarabağ Azərbaycandır. Qarabağ artıq ana vətəni ilə qovuşub, 30 illik həsrət sona çatıb. Bundan sonra Türkiyə və Azərbaycan olaraq hədəfimiz bu torpaqları daha yaşana biləcək hala gətirmək üçün mübarizə aparmaqdır”.

www.yenicag.az

214