!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə prezidentinin sözçüsü: “Bir ildə keçilən yola diqqət etsək, qürur duymamaq mümkün deyil” - VİDEO

!Reklam – Yazi

Türkiyə prezidentinin sozçüsü İbrahim Kalın Azərbaycan xalqını və dövlətimizi ötən il İkinci Qarabağ müharibəsində qazandığı zəfərin ildönümü münasibəti ilə təbrik edib.

“HaberGlobal” televiziyasının qonağı olan İbrahim Kalın Qarabağ zəfərinin iki qardaş ölkə olan Azərbaycan və Türkiyənin qürurlu və möhkəm dostluq münasibətlərinin növbəti təzahürü olduğunu söyləyib:

“Böyük bir zəfər əldə edilib, amma bununla işlərimiz bitmədi. İşğaldan azad edilən ərazilərdə bərpa prosesi çox sürətli şəkildə davam etdirilir. Füzulidə, Şuşada və digər işğaldan azad edilən ərazilərdə geniş quruculuq işləri aparılır. Bir ildə keçilən yola diqqət etsək, qürur duymamaq mümkün deyil”.

“Qarabağ məsələsində həll edilməli məsələlər var. Atəşkəs anlaşması imzalandı, ancaq sülh müqaviləsi imzalanmadı. Sülh müqaviləsi bütün bölgəyə barış gətirəcək. Gedişat, əslində, yaxşıdır. Ermənistan kasıb ölkədir və iqtisadiyyatları sülhdən yararlana bilər”, – deyə Kalın qeyd edib.

www.yenicag.az

621
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv