Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Türkiyə "Putin İttifaqı" ilə razılığa gəlir?

Türkiyə AİB-lə müqavilə imzalayacaq.

Türkiyə Avrasiya İqtisadi Birliyi ilə gömrük müqaviləsi imzalamaq niyyətindədir.

Yenicag.az xəbər verir ki, Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi bu barədə cümə günü İzmirdə keçirilən sərgidəki çıxışında deyib.

“Türkiyənin Avrasiya İqtisadi Birliyi ilə danışıqlara başlamasına və gömrük müqaviləsinin imzalanmasına dair bizim bir sıra təkliflərimiz var. Türkiyə AİB ilə digər əməkdaşlığını da yoluna qoymaq istəyir”, deyə Zeybekçi “rus-türk əməkdaşlığının iqtisadi-ticarət sahəsindəki yeni mərhələsi” adlı sessiyada çıxışı zamanı vurğulayıb.

Nazir həmçinin, Rusiya ilə Türkiyə arasındaki ticarət dövriyyəsinin keçən ilə nisbətən 30 faiz artdığını da deyib.

“Bir çox əməkdaşlıq sektorları var – neft-kimya, kənd təsərrüfatı və s. Rusiya və Türkiyə arasındakı sərbəst ticari əlaqələrə dair sazişin imzalanması, əməkdaşlığın yeni səviyyəyə gəlib çıxmasına yardım edəcək”.

Yenicag.az

www.yenicag.az

200