Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Türkiyə səfiri Qarabağa qanunsuz səfər edənlərdən danışdı: "Düşmənə xidmət edirlər"

“Dağlıq Qarabağa qanunsuz səfər edənlər düşmən əməllərinə xidmət göstərirlər”.

Yenicag.az xəbər verir ki, bunu saytımıza açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Onun sözlərinə görə, Türkiyə Azərbaycanın işğal olunmuş torpaqlarının geri qaytarılması üçün görülən bütün səylərə dəstək verir.

Səfir qeyd edib ki, bu günlərdə Dağlıq Qarabağa qanunsuz səfər edən Türkiyə vətəndaşlarının addımı yolverilməzdir və dövlətin siyasətinə ziddir:

“Türkiyə hər zaman Azərbaycanın yanındadır. Qarabağ mövzusunda da bizim mövqeyimiz qətidir. Ermənistan üzərindən Azərbaycanın işğal olunmuş bölgələrinə səfər edən Türkiyə vətəndaşları özbaşına hərəkət ediblər. Təəssüf ki, onlar bu addımları ilə düşmənə xidmət göstəriblər”.

Araz Zeynalov

www.yenicag.az

1171
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM