Türkiyə səfirliyi önündə Quranı cırdılar

media-hightechnic-468x90

Türkiyənin Niderlandakı diplomatik nümayəndəliyi qarşısında Qurani-Kərimə qarşı hörmətsizlik edilib.

“Unikal” BBC-yə istinadən xəbər verir ki, Qərbin İslamlaşmasına Qarşı Vətənpərvər Avropalılar Təşkilatının (Pegida) lideri Edvin Vaqensveld cümə günü Türkiyənin Haaqadakı səfirliyi qarşısında Quranı cırıb.

Niderlandda türk və mərakeş əsilli seçicilərin dəstəklədiyi DENK Partiyası və bəzi türk əsilli İslam təşkilatları etiraz aksiyasına icazə verilməməsi tələbi ilə Haaqa şəhərinin merinə müraciət ediblər.

Yenicag.az xəbər verir ki, “Bu, ifadə azadlığı deyil, açıq şəkildə nifrət ifadəsidir”, – partiya bildirib.

Haaqa şəhərinin meri Yan van Zanen hadisəni dəstəkləmədiyini, lakin ifadə azadlığına görə Quranın cırılmasına icazə verdiyini açıqlayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600