Türkiyə şəhid verdi – 4 yaralı

Bu gün “Fərat qalxanı” bölgəsində terrorçular tərəfindən Türkiyə hərbçilərinin bazasına raket zərbələri endirilib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Belə ki, PKK/YPG terrorçularının nəzarətindəki Menbic bölgəsindən Əl-Bab şəhərinə raket zərbələri endirilib, Türkiyə Ordusunun bir hərbçisi şəhidi olub, 4 əsgər yaralanıb.