!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə və Almaniya XİN rəhbərləri arasında telefon danışığı olub

!Reklam – Yazi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə almaniyalı həmkarı Ziqmar Qabriel arasında telefon danışığı olub.

Yeniçağ.Az-ın “APA”-ya istinadən verdiyi xəbərə görə, söhbət Almaniya tərəfinin təşəbbüsü ilə baş tutub.

Məlumata görə, söhbət zamanı M.Çavuşoğlu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ və iqtisadiyyat naziri Nihat Zeybekcinin iştirakı ilə Almaniyada keçiriləcək tədbirlərin ləğvi ilə əlaqədar narahatlığını ifadə edib.

Nazirlər martın 8-də Almaniyada görüş keçirəcəkləri barədə razılığa gəliblər.

Ötən gün Almaniyanın Ankaradakı səfiri Türkiyə XİN-nə çağırılıb. Səfirin çağırılmasına səbəb Türkiyənin ədliyyə naziri Bekir Bozdağın Almaniyanın Qagennau şəhərində planlaşdırılan çıxışının ləğv edilməsi olub.

Xatırladaq ki, Türkiyə əsilli alman jurnalisti Dəniz Yücel bazar ertəsi İstanbulda həbs edilib. O, terror təşkilatında iştirak etməkdə, məlumatlardan qanuna zidd şəkildə istifadə etməkdə və terrorizmi təbliğ etməkdə şübhəli bilinir. Almaniya kansleri Angela Merkel rəsmi Ankaradan jurnalistin azad edilməsini tələb edib. Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan, öz növbəsində, Dəniz Yucelin Almaniyanın casusu olduğunu bildirib.

Yeniçağ.Az

www.yenicag.az

573
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv