Türkiyə və Rusiyanın razılığı çətin məsələdir

media-hightechnic-468x90

F8EU2DPTürkiyə Enerji və Təbii Sərvətlər naziri Taner Yıldız Qazprom rəsmiləri ilə görüşü ilə əlaqədar açıqlama verib: “Endirim mövzusunda görüşümüz oldu. Müzakirəni yekunlaşdıra bilmədik. Hansı ölçüdə, necə razılaşacağımızı isə müzakirələrin gedişatı göstərəcək. Boru Xəttləri ilə Neft Daşıma Anonim Şirkətinin (BOTAŞ) çox ciddi bir zərəri var. 10 lirəyə alıb 9 lirəyə satırıq. Bu zərəri həm xərclərin azaldılması, həm də endirim qiymətləri ilə təmin etmək mümkün olacaq. Məqsədimiz gələn ilin əvvəli müzakirələri tamamlamaqdır”.

Taner Yıldız çıxışının davamında Rusiya ilə tez bir zamanda endirim və yekun qiymət barədə razılığın əldə olunmasına ümid etdiyini bildirib.

Rusiya prezidenti Vladimir Putin dekabrın əvvəlində verdiyi açıqlamada 2015-ci il yanvarın 1-dən etibarən Türkiyəyə maye qaz üçün 6% endirimi düşündüyünü bildirmişdi. Görüşdə Türkiyənin daha çox endirim tələb etdiyi də ifadə olunub.

(deyerler.org)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600