Türkiyə Xarici İşlər Nazirliyi (XİN) İsveçin paytaxtı Stokholmda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əleyhinə təşkil edilmiş təxribat xarakterli hərəkətləri pisləyən bəyanat yayıb.
Bu barədə Yenicag.az-ın yerli bürosuna Türkiyə XİN-dən məlumat verilib.
Bəyanatda bildirilir ki, bu gün (red-29 sentyabr) Türkiyə Respublikasının Stokholmdakı səfirliyinin yaxınlığında Türkiyə Prezidentini hədəf alan alçaq hərəkətə icazə verilməsi faktı kəskin şəkildə pislənilir:
“Türkiyə cəmiyyətinin əsas gözləntisi İsveçin həm sözügedən ölkədə sistemli şəkildə seçilmiş məmurlarımıza qarşı həyata keçirilən bu təhqiramiz hərəkətlərin, həm də terror təşkilatlarının davam edən təbliğat fəaliyyətlərinin qarşısının alınmasından ibarətdir”