Türkiyə xüsusi təyinatlıları da bizim XTQ-yə QOŞULACAQ: "Bu təlimlər həyəcan siqnalı ilə keçirilir, çünki...” - ŞƏRH

media-hightechnic-468x90

“Təhdidlərə cavab vermək məcburiyyətindəyik”.

Bunu müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycanın cənub sərhədlərinə yaxın ərazilərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin təliminin başlamasına münasibət bildirən politoloq Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.


O, bildirib ki, XTQ-nin təliminin İrana cavab olduğunu demək tezdir:

“Xüsusi təyinatlılarımız müntəzəm olaraq plana uyğun təlim keçir. Sadəcə olaraq bu dəfə təlimlər həyəcan siqnalı ilə keçirildi. Təlimlərin keçirildiyi yer isə dəyişdirilib.

Dünən Türkiyənin milli müdafiə naziri Hulusi Akar ölkəsinin İranla sərhəd bölgəsinə səfər edib. Həmin ərazilərdə Türkiyə hərbi qüvvələrinin təlim keçəcəyi gözlənilir.

Türkiyə xüsusi təyinatlılarının xüsusi təyinatlılarımızın təliminə də qoşulma ehtimalı var. Kompleks xarakterli və müdafiə əhəmiyyətli təlimlərin keçirilməsi nəzərdə tutulur.
Təlimlərin keçirilməsi vacibdir.

Həm Ermənistan tərəfindən, həm də müxtəlif digər istiqamətlərdən müəyyən təhdidlər müşahidə edirik. Bu təhdidlərə cavab vermək məcburiyyətindəyik”.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa