Türkiyə-Yunanıstan arasında yeni krizis başladı?

media-hightechnic-468x90

скачанные файлы (5)Elxan Şahinoğlu: “Yunanıstan hökumətinin yerli türklərə qarşı yeritdiyi ikili standartın şahidi oldum”

Fikrət Sadıxov: “Bunun da müəyyən müsbət nəticələri olacaq”

Türkiyə qonşusunu insan hüquqlarını pozmaqda günahlandırır. Belə ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Yunanıstanda yaşayan türklərin hüquqlarının pozulduğuna görə Afinanı sərt ittiham edib. Bu yenidən Türkiyə-Yunanıstan münasibətlərini gərginləşdirə bilərmi?

 

 

Politoloq Elxan Şahinoğlu Yenicag.az saytına açıqlamasında bildirdi ki, iki ölkə arasında gərginlik yaşanacağına inanmır: “Yunanıstan hökumətinin yerli türklərə qarşı yeritdiyi ikili standartın şahidi oldum. Onlar yunan qanunlarından tam olaraq istifadə edə bilmir. Türklər arasında işsizlik hökm sürür. İşə götürən zaman ayrı-seçkilik salaraq əsas diqqəti yunanlara yönəldirlər. Batı Trakiyada yaşayan türklər öz axundlarını belə seçə bilmirlər. Onu Afinanın özü təyin edir. Bu kimi məsələlər hər zaman Türkiyəni də narahat edib. Türkiyə Yunanıstan münasibətləri normallaşdığı zamanlarda da bu məsələ həllini tapa bilmədi. Baxmayaraq ki, bəzi sahələrdə Afina Ankara arasında əməkdaşlıq inkişaf edir, amma oradakı türklərin hüquqları məsələsi həllini tapmadığından, Türkiyə onu hər zaman gündəmə gətirəcək. Amma düşünmürəm ki, bu məsələləri gündəmə gətirməklə Yunanıstan Türkiyə münasibətləri gərginləşsin. Ona qalsa, Kipr probleminə görə, iki ölkə arasında münasibətlər gərginləşmir, amma problem də həll olunmur. Eləcə də Ankara Batı Trakiyadakı türklər məsələsini gündəmə gətirsə də, bu Türkiyə ilə Yunanıstanın münasibətlərinin gərginləşməsinə səbəb olmayacaq”.

Politoloq Fikrət Sadıxov isə bu qənaətdədir ki, Türkiyənin Yunanıstandakı türklərin arxasında dayanmasının müsbət nəticələri olacaq: “Türkiyə Yunanıstan münasibətləri uzun illərdir ki, gərgindir. Onun da müxtəlif səbəbləri var. Uzun zamandır ki, onlar belə bir şəraitdə yaşayırlar. Son illər isə iki ölkə arasında münasibətlər praqmatik formada inkişaf edir. Düşünmürəm ki, Yunanıstanda türk azlıqlarının sıxışdırılması gətirib yüksək gərginliyə çıxarsın. Orada müxtəlif enerji layihələri, regionun sabitliyi məsələsi var. Amma rəsmi Ankara bu məsələdə həmişə sərt mövqe tutub və həmişə də sözünü deyəcək. Yunanıstandakı türklərə həmişə dəstək verəcək. Şübhə etmirəm ki, bunun da müəyyən müsbət nəticələri olacaq”.

 

Rüfət

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600