Türkiyədə 105 hərbçinin həyat yoldaşı tutulub

turkiyejhyeTürkiyənin 31 əyalətində keçirilən əməliyyat nəticəsində 105 hərbçinin həyat yoldaşı tutulub.

“Report” “Haberler”ə istinadən xəbər verir ki, onlar 2010-cu ildən bəri dövlət qurumlarında işləmək üçün keçirilən sınaq imtahanlarında (KPSS) saxtakarlıq etməkdə şübhəli bilinirlər.

Məlumata görə, həbs edilən qadınların ikisinin həyat yoldaşı polkovnik, 14-ün əri polkovnik-leytenant, 40-nın əri mayor, 40-nın həyat yoldaşı kapitan, 4-nünkü isə baş leytenantdır.

 

Yenicag.az