Türkiyədə 12 təşkilatlanmış cinayətkar qrup zərərsizləşdirildi

media-hightechnic-468x90

Türkiyənin daxili işlər naziri Əli Yerliqaya Hakkaridə keçirilən “Türkiyənin Hüzuru” toplantısından sonra mühüm açıqlamalar verib.

Yenicag.az xəbər verir ki, nazir terrorla mübarizənin qətiyyətlə davam etdiyini bildirib.

Yerliqaya vurğulayıb ki, “Terrorsuz Türkiyə” çağırışı 86 milyon insanın birlikdə yazdığı zəfərin adı olacaq.

Nazir qeyd edib ki, “Narvas” sistemi vasitəsilə 267 min vətəndaşın məlumatı əsasında 35 min 669 əməliyyat aparılıb. Narkotiklə bağlı 41 min 756, digər cinayətlər üzrə 3 min 249 şübhəli saxlanılıb.

Nazir bildirib ki, Hakkaridə 12 təşkilatlanmış cinayətkar qrup zərərsizləşdirilib, 57 nəfər həbs olunub. 5 ton 278 kiloqram narkotik müsadirə edilib. Miqrant qaçaqçılığı ilə bağlı 118 əməliyyat aparılıb, 893 qanunsuz miqrant geri göndərilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa