Türkiyədə 18 ildən sonra İLK DƏFƏ: Ərdoğan CHP qərargahında Özgür Özəllə görüşdü

media-hightechnic-468x90

18 ildən sonra CHP baş qərargahını ziyarət edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partiya sədri Özgür Özəl ilə görüşüb. Özgür Özəl Ərdoğanı qapıda qarşılayıb.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, CHP qərargahında tarixi görüşdən əvvəl bütün detallar nəzərə alınıb.

Ərdoğan binaya daxil olduqdan sonra qərargahdakı partiya əməkdaşları istisna olmaqla, mətbuat mənsublarının binaya daxil olmasına icazə verilməyib.

Xatırladaq ki, mayın 2-də Ərdoğan CHP sədrini qəbul edib.

Məsimə Məmmədova

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa