Türkiyədə 6,1 bal gücündə zəlzələ: Ölən var - YENİLƏNDİ 2
Türkiyənin Balıkesir vilayətinin Sındırğı rayonunda qeydə alınan 6,1 maqnitudalı zəlzələ nəticəsində 1 nəfər ölüb.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya bildirib.
O, qeyd edib ki, dağıntılar altından çıxarılan qoca həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib. Dağılan binanın qalıqları arasında daha bir neçə nəfər xilas edilib.
Nazir iki gün təbii fəlakət zonasında qalacağını, zərər çəkən binalara vurulan ziyanın müəyyənləşdiriləcəyini vurğulayıb./Report/
***10.08.2025 / 22:45
Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda zəlzələ nəticəsində çökən binada dağıntılar altında qalan 6 nəfərdən 5-i xilas edilib.
Yenicag.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
Ali Yerlikaya dağıntılar altında qalan 1 nəfərlə bağlı axtarış-xilasetmə əməliyyatının davam etdiyini nəzərə çatdırıb./Apa/
***21:18
Türkiyənin Balıkesir şəhərində 6,1 maqnitudalı zəlzələ olub.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, təbiət hadisəsi Sındırqı rayonunda qeydə alınıb. Zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib.
Dağıntı və ya tələfat barədə məlumat yoxdur.