“Vaxt itirmək lazım deyil” – Prezidentdən Ermənistana MÜHÜM MESAJ

media-hightechnic-468x90

“İlham Əliyev Vaşinqton görüşündə önəmli mesajlar verdi”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Turan Rzayev bildirib.

Politoloq Vaşinqtonda keçirilən üçtərəfli görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistana və dünyaya verdiyi mesajları şərh edib.

Onun sözlərinə görə, Vaşinqton görüşündən sonra Prezident İlham Əliyevin Azərbaycan mediasına verdiyi müsahibə bir çox baxımdan diqqət çəkir:

“Dövlət başçısının çıxışında ön plana çıxan əsas məqam, Ermənistanın prosesdə üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməsinin bir daha xatırladılmasıdır. Vaşinqton görüşü hər nə qədər məhsuldar keçsə və birgə bəyanat imzalansa da, ölkə başçısı təmkinini əldən vermir. Bu xüsusi xatırlatma İrəvanın eyforiyaya qapılmaması baxımından vacibdir”.

Müsahibimiz əmindir ki, prezident açıq şəkildə İrəvana mesaj verir ki, sülh prosesinin indi dayandığı mərhələ sadəcə diplomatik sənədlərin imzalanması ilə yekunlaşacaq formal bir addım deyil, əksinə, tərəflərin real iradəsini ortaya qoyacaq strateji seçim nöqtəsidir:

“Ermənistanın məsələləri yubatması yalnız regionun sabitlik və əməkdaşlıq perspektivlərini kölgə altına almaqla qalmır, həm də ABŞ-nin, xüsusilə Prezident Donald Trampın nümayiş etdirdiyi vasitəçilik qətiyyətinə qarşı etimadı sarsıda bilər. Bu isə danışıqlar masasında əldə olunan razılaşmaların davamlılığına və beynəlxalq ictimaiyyətin prosesə inamına mənfi təsir göstərə bilər. Bunun baş verməməsi üçün Paşinyan daxili siyasi təzyiqləri neytrallaşdırmalı, kənar qüvvələrin təsirlərinə boyun əyməməlidir. Ən önəmlisi isə Konstitusiya dəyişikliyi məsələsi öz əksini tapmalıdır. Təsadüfi deyil ki, Prezident müsahibəsində bu məqama xüsusi toxunub”.

T. Rzayev prezidentin Ermənistana sülh üçün atmalı olduğu addımları sadaladığını qeyd edib:

“Müsahibədə vurğulanan Konstitusiya dəyişikliyi, əslində, sülh sazişinin taleyini müəyyən edəcək ən kritik şərtlərdən biridir. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının hüquqi müstəvidən çıxarılması yalnız normativ dəyişiklik deyil, həm də siyasi reallığın qəbul edilməsi anlamına gəlir. Bu addım atılmadığı halda, imzalanacaq sənədin mahiyyəti sual altına düşə, hətta gələcəkdə yenidən gərginliklərə zəmin yarada bilər”.

“Prezident Əliyevin “vaxt itirmək lazım deyil” mesajı, əslində, həm Ermənistan rəhbərliyinə, həm də vasitəçilərə ünvanlanan siyasi xəbərdarlıqdır. Çünki sülh sənədinin paraflanmasından sonra imzalanma prosesinin uzadılması, tərəflər arasında yaranmış müsbət diplomatik atmosferi sürətlə dağıda bilər. Vaxt amili burada təkcə texniki proseslərin deyil, həm də ictimai rəy dəyişmədən mövcud fürsətin reallaşdırılmasının vacibliyini göstərir”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa