“Neftçi” Mali millisinin futbolçusunu heyətinə qatdı
“Neftçi” növbəti transferini həyata keçirib.
Klubdan Yenicag.az-a verilən məlumata görə, Mali milli komandasının sağ cinah müdafiəçisi Falaye Sako ilə 2+1 illik müqavilə bağlanıb.
Vətənindən başqa, Macarıstan, Belçika, Portuqaliya və Fransa liqalarında oynamış Sako son üç mövsümü Liqa 1-də “Monpelye”nin heyətində keçirib. O, Mali millisinin heyətində 42 matçda meydana çıxıb, 2 qol vurub.