“Qəbələ” klubu ispaniyalı futbolçunu transfer etdi
Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib.
Yenicag.az xəbər verir ki, “qırmızı-qaralar” Xayme Syerranı heyətinə qatıb. 27 yaşlı ispaniyalı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Xaymenin son klubu Xorvatiya təmsilçisi “Varajdin” olub. Yeniyetmə yaşlarında “Karabançel”, “Real” və “Valensiya”da çıxış edən yarımmüdafiəçi peşəkar karyerasında vətənində “Leqanes”, “Loqrones”, “Kultural Leonesa”, “Atletiko Baleares”, Belçikada “Deyinze” klublarında forma geyinib.
Qeyd edək ki, “Qəbələ” bunadək Pirins Ovusu, Paulo Quimbila, İsaak Amoah, Adriel Ba Loua, Eduardo Kunde və İbrahim Sanqareni heyətinə qatıb.