“Türkiyədə böyük seçici fəallığı müşahidə olunur”
Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilərdə böyük seçici fəallığı müşahidə olunur.
Bu sözləri azertac-a müsahibəsində seçkilərdə rəsmi müşahidəçi statusu ilə iştirak edən Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.
Deputat bildirib ki, müşahidə apardıqları seçki məntəqələrində qanun pozuntusuna rast gəlinməyib. Siyasi partiyaları və bitərəf namizədləri təmsil edən müşahidəçilər səsvermənin azad və demokratik şəraitdə keçirildiyini söyləyiblər. Səsvermə Türkiyə qanunlarına uyğun şəkildə təşkil olunub.
Xatırladaq ki, Milli Məclisin komitə sədrləri Eldar İbrahimov və Nizami Cəfərova Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) xətti ilə seçkilərdə müşahidəçi qismində iştirak edirlər.