Türkiyədə cümhuriyyət dönəminin ilk kilsəsinin açılışı olacaq.
Yenicag.az TRT-yə istinadən xəbər verir ki, Süryani Qədim Provaslav Kilsəsi oktyabrın 8-də açılacaq.
Kilsə İstanbulun Yaşılköy bölgəsindəki katolik məzarlığının yerləşdiyi ərazidədir.
Qeyd edək ki, kilsənin təməlqoyma mərasimi 2019-cu ildə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilib. Kilsə cümhuriyyət tarixində açılan ilk kilsə statusunu daşıayacaq.