Türkiyədə son sutka ərzində daha 81 nəfər koronavirusdan ölüb.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb.
Son sutka ərzində ölkədə 139 675 şübhəli koronavirus testindən keçib, onlardan 2483-nün cavabı pozitiv çıxıb, 1928 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 2730 nəfər olub.
Türkiyədə ümumilikdə 389 256 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 10 803 nəfər ölüb.
www.yenicag.az