Türkiyədə dəhşətli cinayətin sirri: “Qəbrinə gələ bilmədim, yanına gəlirəm”
Bir müddət əvvəl Türkiyənin Kocaeli şəhərində meyitləri tapılan gənc cütlük İzmirdə dəfn olunub.
Yenicag.az xəbər verir ki, ilkin araşdırmalara görə, 17 yaşlı oğlan əvvəlcə Melisa adlı sevgilisini öldürmüş, daha sonra isə özünü asmışdı.
Oğlanın üzərindən çıxan kağız parçasında “Oğuzxanın arxasınca gedirik. Melisanı və özümü öldürdüm.” yazılan sözlər hər kəsin qanını dondurub.
Melisa da hadisədən bir gün öncə internetdə “Qəbrinə gələ bilmədim. Yanına gəlirəm” başlığı ilə Oğuzxanın fotosunu paylaşıb.
Cütlüyün yaxın dostlarından birinin dediyinə görə Ziya və Melisa cütlüyü 4 il idi ki, sevgili idilər.
“Hər dediklərini edirdilər. Melisanın istəyindən sonra onlar birlikdə ölməyə qərar verdilər”.
Qeyd edək ki, cütlüyün sözügedən Oğuzxan adlı dostu bir neçə ay əvvəl bıçaqlanaraq öldürülüb.