!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə iqtidarın siyasətində YENİ STRATEGİYA: CHP çətiri altında prezidentliyə namizəd kim olacaq? – Hasan Oktay detalları AÇIQLADI

!Reklam – Yazi

“2023-cü ilin mayında Türkiyədə keçirilən parlament və prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan yenidən Prezident seçildi və parlamentdə çoxluğu qazandı. AK Partiya MHP İttifaqı rəsmi olaraq imzalanmayan protokolla yenidən hökumətə çevrildi”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Türkiyədəki Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri Hasan Oktay deyib.

Analitik Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın 18 illik fasilədən sonra CHP-yi ziyarət etməsindən, eləcə də MHP-nin buna reaksiyasından söz açıb.

H. Oktay vurğulayıb ki, əslində, MHP hökuməti kənardan dəstəkləyir, amma heç bir məsuliyyət və səlahiyyət götürmədən bu fəaliyyətlərini davam etdirir:

“Bu vəziyyət MHP-nin bazası, yəni seçiciləri tərəfindən açıq şəkildə dəstəklənməyib və qəbul olunmayıb. 2016-cı ildən Dövlət Baxçalının münasibətinə görə Milliyyətçi Hərəkat Partiyası ikiyə bölündü və İYİ Partiya adlı bir partiya yarandı. 2023-cü il seçkilərindən sonra türk millətçiləri 31 mart 2024-cü ildə keçirilən yerli seçkilərdə yeni bələdiyyə sədri seçkilərinin nəticəsini müəyyən ediblər. MHP və İYİ Partiyasının korporativ şəxsiyyətləri və liderləri partiyalarının əsaslarını göstərdikləri ittifaqlara yönəltmədilər. MHP seçicilərinin əksəriyyəti siyasi rəqib kimi gördükləri CHP-yə səs verməli idi, lakin bu, müvəqqəti bir vəziyyətdir. İYİ Partiya seçiciləri də bələdiyyə seçkilərinə təkbaşına daxil olaraq CHP-yə qarşı bir korporativ kimlik nümayiş etdirdilər, lakin İYİ Partiya seçiciləri partiyalarını və liderini dinləməyərək, Cümhuriyyət Xalq Partiyasının bələdiyyə sədri namizədlərinin seçilməsinə dəstək verdilər. Belə olan halda, gözlənilmədən Cümhuriyyət Xalq Partiyası birinci partiya oldu”.

Onun sözlərinə görə. bu vəziyyət Türkiyənin siyasi atmosferini dəyişdi və Ərdoğan sosial dəstəyini itirdi:

“Bu hadisələr Ərdoğanı yeni strategiyaya yönləndirdi. Özgür Özəl partiyanın birinci lideri kimi Ərdoğanın yanına getdi, daha sonra isə Ərdoğanın cavab səfəri ilə CHP-yə gəlməsi Türkiyədə siyasi tarazlığı pozdu. Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı bu prosesdən çox narahat olsa da, açıq-aşkar heç nə deməyib və simvolların arxasında gizlənərək, mesajlar verməyə başlayıb. Ərdoğanın Özgür Özəl və keçmiş Ülkü Ocakları sədri Sinan Ateşin həyat yoldaşı ilə görüşməsi onun müəyyən mənada yeni ittifaq qurması ətrafında şərhlərin yaranmasına rəvac verdi. Sinan Ateşin öldürülməsi millətçi seçicilərin ciddi məyusluğuna səbəb olduğundan hökumətə qarşı ciddi reaksiyalar yaranmağa başladı. İctimai rəyin hərəkətlərini yaxından izləyən bir lider olaraq Ərdoğan özünü yeni vasitələrdən istifadə etmək məcburiyyətində hiss etdi. Üstəlik, Ərdoğan Avropada ifrat sağın yüksəlişinin və ifrat sağın Türkiyəyə qarşı münasibətinin qarşısını almaq və yatırmaq üçün MHP ilə deyil, CHP ilə hərəkət etmək qərarına gəldiyi görünür”.

Mütəxəssisin qənaətinə görə, 2028-ci ildə keçiriləcək prezident seçkiləri öncəsi Türkiyədə siyasi atmosfer çox fərqli yerlərə gedəcək:

“Bundan əlavə, Ərdoğanın yenidən namizəd olub-olmayacağı, seçilib-seçilməyəcəyi ilə bağlı narahatlıqlar olduğundan, Cümhuriyyət Xalq Partiyasının çətiri altında prezidentliyə namizədi qane edəcək bir namizədlə seçkilərə girmək vacibdir. Milliyyətçi seçicilərə dəstək verən Cümhuriyyət Xalq Partiyasının bələdiyyə seçkilərində “Cumhur İttifaqı”na qarşı böyük bir müvəffəqiyyət əldə ediləcəyi görünür. Bu kontekstdə Ərdoğan, ilk növbədə, Avropa Parlamentinin Türkiyəyə münasibətinin qarşısını almaq, daha sonra isə iqtidarını davam etdirmək üçün bütün siyasi tənlikləri nəzərə alır”.

“Baxçalının davamlı olaraq CHP-ni tənqid etməsi və Ərdoğanın CHP sədri və Sinan Ateşin həyat yoldaşı ilə görüşü Baxçalını tənhalıq psixologiyasına itələdiyi üçün vizual mesaj olaraq barmağına üzük taxır: “Allah bizə bəsdir”. O bununla deməyə çalışır ki, ülkücülərin hər hansı bir ittifaq və ya birliyə qoşulmağa ehtiyacı yoxdur. Baxçalının partiya başqanı olduqdan sonra tətbiq etdiyi işlərə baxsaq, görərik ki, ən yaxın dostu Koray Aydın korrupsiyada ittiham olunanda ona bəraət verilməsi üçün Ali Məhkəməyə sövq edilməsinə icazə verib. Daha sonra 2011-ci ildə Baxçalının doqquz yaxın həmkarının nalayiq və əxlaqsız kasetləri yayılanda o, həmin şəxsləri partiyadan çıxararaq partiyasını qorudu. İndi Sinan Ateşin qətlində əli olan partiya rəsmilərini məsuliyyətə cəlb etməklə partiyanı xilas etmək, Ərdoğanın CHP ilə ittifaqına mane olmaq istəyir. Amma hələlik Dövlət Baxçalıda belə bir iradə əksini tapmayıb ki, bu da onu istər-istəməz millətçilərin mövcud olduğu Milliyyətçi Hərəkat Partiyasından uzaqlaşdırır” – deyə o, fikirlərini tamamlayıb.

Rafi Müslümov

COP29

www.yenicag.az

229
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv