Türkiyədə koronavirusdan daha 89 nəfər öldü

media-hightechnic-468x90

Türkiyədə son sutka ərzində koronavirusdan daha (COVID-19) 89 nəfər ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Son 24 saatda 142 496 nəfər koronavirus testindən keçib, onlardan 3223-nün cavabı pozitiv çıxıb, 2561 xəstə isə sağalaraq evə buraxılıb.

Qeyd edək ki, Türkiyədə indiyə qədər 414 278 nəfəri yeni növ koronavirus infeksiyasına yoluxub, 11 507 nəfər ölüb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa