Türkiyədə son 24 saat ərzində daha 71 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.
Yenicag.az-ın məlumatına görə, bu barədə öz “Twitter” səhifəsində Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 7 929 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 1 511 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 312 966 nəfərə çatıb.
Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 232 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 274 514 nəfər təşkil edir.
www.yenicag.az