!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə “MONTRE RÜZGARI”: Dövlətə meydan oxuyan 10 admiral saxlanıldı - VİDEO

!Reklam – Yazi

Türkiyədə dünən gecə saatlarında istefada olan 104 admiralın imzaladığı mətnin yayımlanması ölkədə ciddi narahatlıqla qarşılanıb.

Yenicag.az xəbər verir ki, çevriliş bəyannaməsini andıran mətn yayımlandıqdan sonra Türkiyə Baş Prokurorluğu bununla bağlı araşdırmaya başlayıb.

Prokurorluqdan bu gün verilən açıqlamada isə mətnə imza atan 10 admiralın saxlanıldığı, 4 admiralın isə yaşları nəzərə alınaraq 3 gün ərzində ifadə vermək üçün prokurorluğa çağırıldığı bildirilib.

Qeyd edək ki, bəyannamə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntopun Montre sazişi ilə bağlı efirdə səsləndirdiyi ifadələrə münasibət kimi ortaya çıxıb.

Bəyannamənin “çevrilişə çağırış” kimi dəyərləndirilən hissəsini təqdim edirik:

“TSK (Türk Silahlı Qüvvələri – red.) və Dəniz Qüvvələrimizi bu dəyərlərin xaricinə çıxmış, Atatürkün çəkdiyi müasir yoldan uzaqlaşmış kimi göstərmə cəhdlərini qınayır və bütün varlığımızla buna qarşı çıxırıq.

Əks halda, Türkiyə Cümhuriyyəti tarixdə örnəkləri olan, qarışıq və varlığı üçün təhlükəli hadisələri yaşama riski və təhdidi ilə qarşılaşacaq”.

www.yenicag.az

587
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv